Qala Group 2016-ildən Kapital Bankın Strateji Tərəfdaşıdır

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Bu proqramlar çərçivəsində Qala Group şirkəti 2016-cı ildən etibarən Kapital Bankın strateji tərəfdaşıdır. Qala Group Kapital Bankın müştəri xidmətinin inkişafı istiqamətində, ölkəmizin müxtəlif bölgələrində yerləşən Kapital Bank filiallarını korporativ standartlara uyğun təmir - tikinti işlərini həyata keçirərək müştərilərin istifadəsinə təqdim edib. Qarşıda isə daha çox birgə layihələr gözlənilir.