12 Mar 2026

Qala Group-dan Tarixi Uğur: Horovlu Kəndinin Yenidənqurma Layihəsi "Təməl" Mükafatına Layiq Görüldü

“Qala Group” memarlıq və şəhərsalma sahəsində növbəti nüfuzlu nailiyyətini qazanaraq, işğaldan azad edilmiş torpaqlarımızın bərpasındakı peşəkar töhfəsini bir daha sübut etdi.

Memarlıq dünyasının ən mötəbər mükafatlarından biri hesab olunan “Təməl” mükafatının 2025-ci il üzrə qalibləri elan edilib. Sevindirici haldır ki, “Qala Group” tərəfindən böyük həvəs və peşəkarlıqla hazırlanan Cəbrayıl rayonu, Horovlu kəndinin yenidən qurulması layihəsi, “Yaşayış komplekslərinin memarlığı” nominasiyası üzrə "İlin memarlıq layihəsi" seçilərək laureat adına layiq görülüb.

Müasirlik və Tarixi İrsin Harmoniyası

Cəbrayıl rayonunun inzibati-ərazi vahidinə daxil olan Horovlu kəndinin yenidən qurulması layihəsi bölgənin təbii landşaftı və strateji mövqeyi nəzərə alınmaqla hazırlanıb. 248.07 hektar ərazini əhatə edən layihə, kənd həyatının müasir standartlara uyğunlaşdırılmasına və bölgənin gələcək inkişafı üçün sağlam infrastrukturun qurulmasına xidmət edir. Horovlu kəndinin yenidənqurma layihəsi sadəcə yaşayış sahələrinin inşasını deyil, eyni zamanda bölgənin tarixi kimliyinin müasir şəhərsalma standartları ilə vəhdətini nəzərdə tutur. Layihənin əsas hədəfi, "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurdlarına dönəcək sakinlər üçün həm estetik, həm də funksional cəhətdən mükəmməl bir yaşam mühiti yaratmaqdır.


Vətən torpağında memarlıq zəfərimiz

“Təməl” mükafatı memarlıq sahəsində innovativ yanaşmaları və dayanıqlı həlləri stimullaşdıran bir platformadır. Layihəmizin bu yüksək qiymətə layiq görülməsi, komandamızın mühəndislik və dizayn sahəsindəki yüksək standartlarının beynəlxalq və yerli ekspertlər tərəfindən təsdiqidir. Layihənin memarlıq həllərində Qarabağ regionunun tarixi simasını qorumaq məqsədilə ənənəvi elementlərə üstünlük verilmişdir. Binaların eksteryerində yerli materiallardan istifadə olunması həm konstruksiyaların uzunömürlülüyünü təmin edir, həm də milli memarlıq tərzini əks etdirir.


Gələcəyə Baxış

Layihənin icrası ilə Horovlu yaxın illərdə Cəbrayıl rayonunun ən dinamik inkişaf edən yaşayış məkanlarından birinə çevriləcək. Qala Group olaraq, milli memarlıq irsimizi müasir mühəndislik həlləri ilə birləşdirərək doğma torpaqlarımızın dirçəlişinə töhfə verməkdən qürur duyuruq.

Bu uğur bizi daha böyük layihələrə və daha iddialı hədəflərə ruhlandırır. “Qala Group” olaraq, Azərbaycanın hər bir guşəsində, xüsusilə də QarabağŞərqi Zəngəzurda müasir memarlıq imzası buraxmağa, tariximizi gələcəyin təməlləri üzərində inşa etməyə davam edəcəyik.

Bizə inanan və bu uğurda əməyi keçən bütün komanda üzvlərimizə və tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk!

Digər xəbərlər

Zəriflikdən İlham Alan Müasir Yaşayış Kompleksi - Panorama by Elie Saab

Lübnanlı modelyer Elie Saab tərəfindən qurulan və adını daşıyan ELIE SAAB brendi illərdir ki, dünya lüks sənayesinin və Haute Couture (Yüksək Dərziçilik Sənəti) sənətinin ən uca zirvəsində dayanır. İncə naxışları, zərif siluetləri və müstəsna parça seçimləri ilə tanınan bu marka, Hollywood ulduzlarının və kral ailələrinin vazkeçilməzidir. Moda dünyasındakı misilsiz mövqeyini indi yaşam tərzinə transfer edən ELIE SAAB, daşınmaz əmlak sahəsində də öz "zamansız zəriflik" vizyonunu reallaşdırır. Xəzər dənizinin sahilində, lüks yaşamın və memarlıq sənətinin qovuşduğu Sea Breeze-də Azərbaycanın daşınmaz əmlak tarixində yeni bir səhifə açılır. Hər detalı ilə elit həyat tərzini əks etdirən Panorama by Elie Saab layihəsi ölkənin ilk brend rezidensiyası kimi təqdim olunur   

28 Nov 2025
Ətraflı oxu