Məmmədbəyli kəndi

Zəngilan rayonu, Məmmədbəyli kəndi
Memarlıq
Zəngilan rayonunun Məmmədbəyli kəndində həyata keçirilən inkişaf layihəsi, bölgənin təbii gözəlliyi, strateji mövqeyi və müasir planlaşdırma prinsipləri ilə xüsusilə fərqlənir.

Kəndin layihələndirmə prosesində qəbul olunmuş memarlıq kompazisiyasının tərkib hissələri, Qarabağ və Şərqi zəngəzur ərazilərin tarixi tikinti mədəniyyətinin və təbii yerli materiallarının xüsusiyyətlərindən qaynaqlanan, ənənəvi memarlıq forma və elementlərinə üstünlük verilmişdir.
Məmmədbəyli kəndi
Yerləşmə
Zəngilan rayonu, Məmmədbəyli kəndi
Ümumi sahə
110757.9 m²
Layihə sahəsi
181.23 ha
Əhali
3730nəfər
Əhali sıxlığı
20.6 nəfər/ha
Rol
Memarlıq

BAZAR KOMPLEKSİ

Material qismində yerli əhəmiyyətli müxtəlif kolaritli çay daşları əhəng daşı, az qismdə qara mərmər, ağacdan, forma olaraq arka tağbənd, romb elementlərinin, uyğunluqu sintezindən istifadə olunmuşdur.

FƏRDİ YAŞAYIŞ BİNASI

Layihələndirmə fəaliyyətində regionun memarlıq irsinə aid, istifadə olunan forma və detalları, tağbənd, oxvari tağlar karnizlər müxtəlif kiçik dekor elementləri eləcədə yerli materialların istifadə olunmasının əsas səbəbləri, onların maddi mənəvi uzunömürlüyünün və milli tərzin qorunmasındadır.

İNZİBATİ VƏ KLUB-İCMA MƏRKƏZİ

Layihələndirilən binaların eksteryerində, etnik tağların sadələşdirilmiş variantlarına, taxta elementli dekorativ naxışlı eyvanlara, iki yamaclı dam elementlərinə üstünlük verilmişdir. Memarlıq kompoziyası bölgənin yenidən dirçəlməsi və gələcək inkişaf üçün sağlam təməl qurulmasına xidmət edir.