Qoçəhmədli kəndi
Fizuli rayonu, Qoçəhmədli kəndi
Memarlıq
Fizuli rayonu, Qarabağ silsiləsini ətəklərində yerləşən Qoçəhmədli kəndi müasirlik və milli ruhun birləşdiyi yeni inkişaf mərhələsinə qədəm qoyur. Qoçəhmədli kəndinin layihələndirmə prosesində qəbul olunmuş memarlıq kompozisiyasının tərkib hissələri, Qarabağ və Şərqi Zəngəzur ərazilərinin tarixi tikinti mədəniyyətinin və təbii yerli materiallarının xüsusiyyətlərindən qaynaqlanan ənənəvi memarlıq, forma və elementlərinə üstünlük verilmişdir.

Yerləşmə
Fizuli rayonu, Qoçəhmədli kəndi
Ümumi sahə
63.336.0 m²
Layihə sahəsi
94.62 ha
Əhali
1364 nəfər
Əhali sıxlığı
14.41 nəfər/ha
Rol
Memarlıq
İnzibati bina
Material qismində yerli əhəmiyyətli müxtəlif koloritli çay daşları, əhəng daşı, taxta materialının uyğunluğu sintezi ilə yanaşı müasir tikinti materiallardan da istifadə olunmuşdur.
Ailə-sağlamlıq mərkəzi
Layihələndirmə fəaliyyətində regionun memarlıq irsinə aid istifadə olunan forma və detalları, karnizlər və yerli materialların istifadə olunmasının əsas səbəbləri, onların maddi mənəvi uzunömürlüyünün və milli tərzin qorunmasındadır.
Fərdi yaşayış evi
Layihəyə daxil olan müasir üslublu 341 yaşayış evi yeni sakinlərini gözləyir. Nəticə olaraq Qoçəhmədli kəndi üçün hazırlanan konsepsiya tarixi mirası qoruyaraq müasir və davamlı yaşayış mühiti yaradır.


