Gəncə “DOST” Mərkəzi

"DOST" Mərkəzi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) yeni Gəncə "DOST" layihəsini reallaşdırmağa başlayıb. "DOST" Mərkəzlərində dövlət sosial xidmətləri sistemləşdirilmiş formada vahid platformadan, "bir pəncərə"dən, vətəndaşlarla açıq iş şəraitində şəffaf və operativ şəkildə təqdim olunacaq. Bu xidmətlərə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələr üzrə xidmətlər daxildir. 

Mərkəzin konsepsiyası qədim memarlıq və ənənəvi mədəniyyət elementləri ilə müasir memarlığın sintezini əks etdirir. Mərkəzdə müasir tələblərə uyğun və səmərəli fəaliyyəti üçün müvafiq şərait yaradılıb. Yeni DOST Mərkəzi Gəncə şəhərinin milli ruhuna uyğun və hər bir müasir tələblərə cavab verəcək. DOST Agentliyi Gəncə DOST Mərkəzinin tikintisi üzrə layihənin layihələndirilməsi və smeta sənədlərinin hazırlanması işlərini “Qala Group” MMC reallaşdıracaq.