Zəriflikdən İlham Alan Müasir Yaşayış Kompleksi - Panorama by Elie Saab

Lübnanlı modelyer Elie Saab tərəfindən qurulan və adını daşıyan ELIE SAAB brendi illərdir ki, dünya lüks sənayesinin və Haute Couture (Yüksək Dərziçilik Sənəti) sənətinin ən uca zirvəsində dayanır. İncə naxışları, zərif siluetləri və müstəsna parça seçimləri ilə tanınan bu marka, Hollywood ulduzlarının və kral ailələrinin vazkeçilməzidir. Moda dünyasındakı misilsiz mövqeyini indi yaşam tərzinə transfer edən ELIE SAAB, daşınmaz əmlak sahəsində də öz "zamansız zəriflik" vizyonunu reallaşdırır.
Xəzər dənizinin sahilində, lüks yaşamın və memarlıq sənətinin qovuşduğu Sea Breeze-də Azərbaycanın daşınmaz əmlak tarixində yeni bir səhifə açılır. Hər detalı ilə elit həyat tərzini əks etdirən Panorama by Elie Saab layihəsi ölkənin ilk brend rezidensiyası kimi təqdim olunur
Üç Nəhəngin Qlobal Vİzyonu Bakıda
Panorama by Elie Saab, sadəcə yerli deyil, beynəlxalq təcrübənin və etibarlılığın məhsuludur. BƏƏ-nin aparıcı daşınmaz əmlak developerlərindən olan Reportage Group və regional təcrübəyə malik Sabah Investment Group-un tərəfdaşlığı, layihənin möhkəm əsasını təşkil edir. Bu tərəfdaşlıq, dünya şöhrətli moda brendi kimi tanınan ELIE SAAB-ın dizayn fəlsəfəsi ilə qlobal standartları Bakının lüks bazarına gətirərək, Xəzər sahillərində inkişafın yeni bir zirvəsini müəyyənləşdirir. Layihənin əsas missiyası, ELIE SAAB brendinin "zamanla dəyərlənən zəriflik" fəlsəfəsini daşıyan, eksklüziv həyat təcrübəsi yaratmaqdır.

Zamansız Zərifliyin Memarlığı: ELIE SAAB Maison
Panorama by Elie Saab-ı fərqləndirən ən əsas cəhət onun dizayn konsepsiyasıdır. Kompleksin interyerləri məşhur italyan dizayner Karlo Kolombo (Carlo Colombo) və ELIE SAAB-ın yaradıcılıq istiqaməti ilə İtaliyada istehsal olunan ELIE SAAB Maison kolleksiyasından mebel və dekorlarla bəzədilib. Hər bir rezidensiya (43 m²-dən 431 m²-ə qədər olan mənzillər, dörd otaqlı duplekslər və unikal penthaus) işığı, məkan harmoniyasını və rahatlığı maksimum səviyyəyə çatdırmaq məqsədi ilə layihələndirilib. Buradakı hər bir element – lüks material seçimlərindən ümumi istifadə sahələrindəki incə detallara qədər – brendin yüksək moda estetikasının yaşayış mühitinə köçürülməsidir.
Hər Gün Bir Kurort Səyahəti: Premium İmkanlar
Panorama by Elie Saab-da yaşayış, sadəcə evdən ibarət deyil, tam mənası ilə fərdi kurort təcrübəsidir. Sakinlər dəniz mənzərəsi ilə vizual olaraq birləşən “infinity pools” -da dincələ bilər, yaxud özəl SPA mərkəzində və müasir fitnes zallarında sağlamlıqlarına vaxt ayıra bilərlər. Bədən və ruh harmoniyasını təmin edən bu imkanlar il boyu kurort ab-havasını qoruyur. Layihə, həmçinin, biznes ehtiyaclarını da qarşılayır; Elie Saab Maison zərifliyi ilə bəzədilmiş lounge və biznes mərkəzi ideal işgüzar mühit yaradır. Aktiv həyat tərzi üçün burada skvoş zalı, stolüstü tennis və Xəzər sahilində fəaliyyət göstərən su idmanı mərkəzi mövcuddur. Bütün bunlar elit və təhlükəsiz bir icma daxilində ticarət və iaşə obyektləri ilə tamamlanır.
Gələcəyə Sərmayə: Dəyəri Zamanla Artan Mülkiyyət
Layihənin Sea Breeze kimi misilsiz templərlə inkişaf edən bir ərazidə yerləşməsi, Panorama by Elie Saab-ı yalnız lüks yaşayış deyil, həm də strateji investisiya edir. Brendin qlobal prestiji və eksklüziv həyat tərzi, uzunmüddətli investisiya və sərmayə potensialı yaradır. Bu, Azərbaycanda premium yaşamın yeni standartlarını təyin edən, həm də gələcəyin dəyərini qoruyan bir mülkdür.
Panorama by Elie Saab, Bakını dünyanın ən nüfuzlu brend rezidensiya xəritəsinə daxil edən, memarlıq, dizayn və lüks yaşam tərzinin autentik ifadəsidir.


