Cahangirbəyli kəndi

2024
Zəngilan rayonu, Cahangirbəyli kəndi
Memarlıq
Zəngilan rayonu Cahangirbəyli kəndində həyata keçirilən memarlıq konsepsiyası kəndin tarixi bərpası ilə müasir şəhərsalma prinsiplərini bir araya gətirir.

Cahangirbəyli kəndinin layihələndirmə prosesində qəbul olunmuş memarlıq kompazisiyasının tərkib hissələri, Qarabağ və Şərqi Zəngəzur ərazilərinin tarixi tikinti mədəniyyətinin və təbii yerli materiallarının xüsusiyyətlərindən qaynaqlanan, ənənəvi memarlıq, forma və elementlərinə üstünlük verilmişdir.
Cahangirbəyli kəndi
Yerləşmə
Zəngilan rayonu, Cahangirbəyli kəndi
Ümumi sahə
179.54 ha
Rol
Memarlıq

FƏRDİ YAŞAYIŞ EVİ

Layihələndirmə fəaliyyətində regionun memarlıq irsinə aid istifadə olunan forma və detalları, tağbənd, oxvari tağlar, karnizlər və müxtəlif kiçik dekor elementləri, eləcə də yerli materialların istifadə olunmasının əsas səbəbləri, onların maddi - mənəvi uzunömürlüyünün və milli tərzin qorunmasındadır. Beləcə, Cahangirbəyli kəndi öz köklərinə sadiq qalaraq müasir inkişafın yeni nümunəsinə çevrilir.

ÇAYXANA

Material qismində yerli əhəmiyyətli müxtəlif koloritli çay daşları, əhəng daşı, az qismdə qara mərmər, ağacdan forma olaraq arka tağbənd, romb elementlərinin uyğunluğu sintezindən istifadə olunmuşdur.

KƏNDİN MƏRKƏZİNİN ÜMUMİ GÖRÜNÜŞÜ

MƏRASİM ZALI

Layihələndirilən binaların eksteryerində, etnik tağların sadələşdirilmiş variantlarına, taxta elementli dekorativ naxışlı eyvanlara, iki yamaclı dam elementlərinə üstünlük verilmişdir.