Nadirxanlı kəndi
Kəlbəcər rayonu, Nadirxanlı kəndi
Memarlıq
Kəlbəcər rayonunda, Tərtər çayının sahilində yerləşən Nadirxanlı kəndində həyata keçirilən inkişaf layihəsi həm mövcud ehtiyaclar, həm də gələcək genişlənmə üçün uyğun şəkildə planlaşdırılıb. Kəndin ilkin hissəsi hazır olduqca digər zonaların inkişafı davam etdirilə bilər.

Yerləşmə
Kəlbəcər rayonu, Nadirxanlı kəndi
Ümumi sahə
45670.3 m²
Layihə sahəsi
78.0 ha
Əhali
418 nəfər
Əhali sıxlığı
15 nəfər/ha
Rol
Memarlıq
Klub-icma mərkəzi
Layihələndirmə prosesində formalaşdırılan memarlıq kompozisiyası Qarabağ və Şərqi Zəngəzurun tarixi tikinti mədəniyyətindən, eləcə də yerli təbii materialların özünəməxsus xüsusiyyətlərindən ilhamlanaraq ənənəvi memarlıq forma və elementləri üzərində qurulmuşdur.

Çoxmənzilli yaşayış binası
Çoxmənzilli yaşayış binasında 164, Fərdi yaşayış evlərində isə 118 mənzil yeni sakinlərini gözləyir.

Tibb məntəqəsi
Layihələndirmə fəaliyyətində regionun memarlıq irsinə aid istifadə olunan forma və detalları, karnizlər və yerli materialların istifadə olunmasının əsas səbəbləri, onların maddi - mənəvi uzunömürlüyünün və milli tərzin qorunmasıdır. Nadirxanlı kəndi qısa müddət ərzində Kəlbəcər rayonunun ən müasir və dinamik inkişaf edən yaşayış məkanlarından birinə çevriləcək.

