Qarakollu kəndi
Füzuli rayonu, Qarakollu kəndi
Memarlıq
Füzuli rayonu, Qarakollu kəndində həyata keçirilən inkişaf layihəsinin əsas məqsədi Qarakollu kəndinin memarlıq kimliyini özünəməxsus yerli dəyərlərlə yenidən canlandırmaqdır. Layihələndirmə prosesində qəbul olunmuş memarlıq kompozisiyasının tərkib hissələri, Qarabağ və Şərqi Zəngəzur ərazilərinin tarixi tikinti mədəniyyətinin və təbii yerli materiallarının xüsusiyyətlərindən qaynaqlanan ənənəvi memarlıq forma və elementlərinə üstünlük verilmişdir.

Yerləşmə
Füzuli rayonu, Qarakollu kəndi
Ümumi sahə
87.657.5 m²
Layihə sahəsi
138617.5 ha
Əhali
6052 nəfər
Əhali sıxlığı
13.0 nəfər/ha
Rol
Memarlıq
Məktəb binası
Layihələndirmə fəaliyyətində regionun memarlıq irsinə aid istifadə olunan forma və detalları, karnizlər və müxtəlif kiçik dekor elementləri, eləcə də yerli materialların istifadə olunmasının əsas səbəbləri, onların maddi mənəvi uzunömürlüyünün və milli tərzin qorunmasındadır.

Bloklaşdırılmış yaşayış evi
Bloklaşdırılmış yaşayış evlərində 291, Çoxmənzilli yaşayış binalarında isə 420 mənzil sakinlərini gözləyir.

Küçənin perspektiv görünüşü
Material qismində yerli əhəmiyyətli müxtəlif koloritli çay daşları istifadə olunmuşdur. Yaradılan memarlıq obrazı Qarabağın zəngin irsini yaşadan və bölgənin gələcəyinə xidmət edən dayanıqlı bir bütünlük formalaşdırır.


