Qılınclı kəndi

Kəlbəcər rayonu, Qılınclı kəndi
Memarlıq
Kəlbəcər rayonunda, Tərtər çayının sahilində yerləşən Qılınclı kəndində həyata keçirilən inkişaf layihəsi bölgənin təbii gözəlliyi, strateji yerləşməsi və yeni planlaşdırma prinsipləri ilə diqqət çəkir.  

Kəndin layihələndirmə prosesində qəbul olunmuş memarlıq kompozisiyasının tərkib hissələri, Qarabağ Şərqi Zəngəzur ərazilərinin tarixi tikinti mədəniyyətinin üslubunu yansıdır.
Qılınclı kəndi
Yerləşmə
Kəlbəcər rayonu, Qılınclı kəndi
Ümumi sahə
98202.1 m²
Layihə sahəsi
77.15 ha
Əhali
2988 nəfər
Əhali sıxlığı
39 nəfər/ha
Rol
Memarlıq

Klub-icma mərkəzi

Layihələndirmə prossesində təbii yerli materiallarının xüsusiyyətlərindən qaynaqlanan ənənəvi memarlıq, forma və elementlərinə üstünlük verilmişdir.

Çoxmənzilli yaşayış binası

Çoxmənzilli binalarda yerləşən 496 mənzil və fərdi yaşayış üçün nəzərdə tutulan 233 ev sizləri gözləyir.

İdman sağlamlıq mərkəzi

Layihələndirmə fəaliyyətində regionun memarlıq irsinə aid istifadə olunan forma və detalları, karnizlər və yerli materialların istifadə olunmasının əsas səbəbləri, onların maddi - mənəvi uzunömürlüyünün və milli tərzin qorunmasıdır. 
Bu layihə kənd həyatının müasir standartlara uyğunlaşdırılmasına və gələcək inkişaf üçün sağlam təməl qurulmasına xidmət edir. Qılınclı kəndi yaxın illərdə Kəlbəcər rayonunun ən dinamik inkişaf edən yaşayış məkanlarından birinə çevriləcək.